GS1 Tətbiq İdentifikatorları Azərbaycan dilinə tərcümə olunub

2026-cı ilin iyun ayının sonunda GS1-in rəsmi məlumat portalında GS1 Tətbiq İdentifikatorlarının (Application Identifiers – AI) Azərbaycan dilində olan versiyası istifadəyə təqdim edilib. Bu yenilik yerli istehsalçılar, ixracatçılar, logistika şirkətləri və GS1 standartlarından istifadə edən digər tərəflər üçün tətbiq identifikatorları barədə məlumatın dövlət dilində əldə edilməsini təmin etməklə yanaşı, onların praktik tətbiqini də asanlaşdıracaq.
Tətbiq İdentifikatorları GS1-128 və SSCC ştrixkodlarının formalaşdırılmasında istifadə olunur. Bu ştrixkodlar anbar logistikasında, təchizat zəncirinin idarə edilməsində və ixrac əməliyyatlarında logistik vahidlərin standartlaşdırılmış identifikasiyası və məlumat mübadiləsinin təmin edilməsi məqsədilə geniş tətbiq edilir.
Azərbaycan dilinə tərcümə edilmiş Tətbiq İdentifikatorları ilə GS1-in rəsmi məlumat portalında https://ref.gs1.org/ai ünvanı vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, Azərbaycanda logistik etiketlərin tətbiqini tənzimləyən AZS 981:2025 dövlət standartı da qəbul edilib. Bu baxımdan ixrac fəaliyyəti ilə məşğul olan və logistik etiketlərdən istifadə edən təsərrüfatsubyektlərinə qeyd olunan standartın tələblərinə əməl etmələri, həmçinin beynəlxalq GS1 standartlarından geniş istifadə etmələri tövsiyə olunur.