RFID: identifikasiya sistemlərində inqilab

8 aprel 2015-ci il tarixində GS1 Azərbaycan Cəmiyyətinin ofisində “İdentifikasiya 
sistemlərində inqilab.RFİD: təsvirdən praktiki istifadələrə” mövzusunda prezentasiya 
keçirildi. Prezentasiya GS1 Azərbaycan ştrixkod istifadəçiləri Cəmiyyəti, Destec yerli 
soft şirkəti və radiotezlik identifikasiya avadanlığın istehsalçısı Nordic ID şirkəti 
z çıxışında o avtomatik identifikasiya texnologiyaların inkişafı, GS1 standartları 
və radiotezlik identifikasiyanın (RFİD) istifadəsinin effektivliyi haqqında danışdı.
Prezentasiyada məzmunlu materialnan çıxış edən Sarus Technology (Finlandiya) 
şirkətinin direktoru Dmitriy Artemyev RFİD texnologiyanın əsasları, onların inkişaf 
tendensiyaları barədə ətraflı danışdı.

    

İstehsalın, ticarətin və logistikanın müxtəlif sahələrində RFİD istifadəsiynən mövcud olan 
həllər barədə məlumat təqdim olundu. D.Artemyev Nordic İD (Finlandiya) şirkəti istehsal 
etidiyi RFİD avadanlığın bəzi markalarını nümayiş etdi və inventarizasiya prosesini, məhsul
 qalığların çıxarılmasını, xüsusi nişanların və proqram təminatın istifadəsiynən məhsulun 
axtarışını göstərdi. Müəyyən olundu ki, RFİD-nan aparılan inventarizasiyaya ənənəvi ştrixli 
kodların istifadəsiylə müqayisədə sərf olunan vaxt on dəfə azalır.Prezentasiyada Destec 
soft şirkətinin nümayəndəsi Emil Əhmədov tərəfindən şəxsən hazırlanan RFİD istifadə 
etməyə imkan verən proqram təminatı və “LogiX Anbar”, “LogiX İstehsal”, “LogiX Ticarət”,
 “LogiX Xidmət sahəsi” proqram modullərin işini nümaiş etdi.

    

Tədbirdə 25-dən çox İT mütəxəssisləri, bir sıra nazirliklərin və idarələrin, bankların, ticarətin
 brend müəssisələrinin, kitabxanaların, muzeylərin və s. şirkətlərin nümayəndələri iştirak etdi. 
Qeyd etmək lazımdır ki, iştirakçılar müzakirə olunan mövzuya böyük maraq göstərdilər.