RFİD sistemi

RFİD texnologiyasının istifadəsi biznes-proseslərin effektivliyinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Məhsulun RFİD sistemlərinin köməyi ilə izlənilməsi etibarlı və effektiv göndərmə sisteminin yaradılmasında əhəmiyyətli addımdır
Aşağıdakılar RFİD-sisteminin üstünlüyü sayıla bilər:
- RFİD oxuma qurğularına radionişan ilə əlaqə və ya onların bilavasitə görünməsi lazım deyil;
- RFİD radionişanları dəqiq (demək olar ki, 100%) və qısa müddət  ərzində oxunur;
- radiotezlikli identifikasiya aqressiv mühitlərin təsiri şəraitində istifadə oluna bilər. 
RFİD texnologiyaları əsasında sistemlərin məqsədi aşağıdakılardan ibarətdir: rəqəmsal formada saxlanılan informasiyanın saxlanmasını təmin  etmək və onu obyektin identifikasiyası proseslərinin yerinə yetirilməsi üçün ötürmək.
RFİD texnologiyaları əsasında sistemlərin tərkibinə daxildir:
- siqnalın qəbul edilməsi və ötürülməsi üçün antenna (çıxarıla bilən və ya monobloka birləşdirilmiş);
- oxuyucu qurğu  (RFİD oxuyucu, yəni rider);
- İnformasiyanın saxlanılması üçün RFİD-nişan.

RFİD-sistemin ümumi iş prinsipi olduqca sadədir: RFİD-oxunma qurğusu elektromaqnit enerjisi yayır, RFİD-nişan isə oxuyucudan siqnalı qəbul edir və özünün antenna tərəfindən qəbul edilən və oxuyucu tərəfindən işlənən cavab siqnalını formalaşdırır.

RFİD-nişanın yaddaşından unikal kodun oxunması riderin (oxuyucunun) sorğusu ilə yerinə yetirilir. Rider saniyədən az müddətdə radiotezlikli siqnal-göndərişi   formalaşdırır və radionişan onun təsir sahəsinə düşdükdə özünün cavab rəqəmsal kodunu ötürür. 

 

bosswin168 login bosswin168 alternatif