Ştrixkod hansı rəngdə olmalıdır?

Ştrixkod simvolunun rəng seçiminin ən optimal kombinasiyası ağ fonda qara zolaqdır. Digər rənglərdən istifadə etmək istəyirsinizsə, aşağıdakı qaydalara riayət edin:
- simvolun zolaqlarının rəngini tünd rənglərdən (məsələn, qara, tünd göy, tünd qəhvəyi və ya tünd yaşıl) seçmək tövsiyə olunur. Ştrixkod simvolunun açıq sahələri üçün açıq rənglərdən (məsələn, ağ rəngdən) istifadə edin.
- açıq fonda əlavə olaraq "qırmızı" çalarlı rəngləri də istifadə etmək olar: narıncı, çəhrayı, şaftalı, sarı.
Ştrixkod skanerlərin əksəriyyətinin şüasının qırmızı rəngdə olduğunu nəzərə alaraq, simvolun zolaqlarının fonu üçün qırmızı rəngdən istifadə etmək məsləhət deyil. Ştrixkodun fonu, adətən, çap olunmur. Əgər şrtixkodun fonu çap olunarsa, mütləq onun rəngi zolaqların rəngindən kontrastlığına görə fərqlənməlidir. Qara zolaqlar və açıq boş sahədən istifadə etməklə, Siz ən yaxşı optimal seçimi etmiş olarsınız. Əgər digər rənglərdən istifadə etmək istəyirsinizsə, o zaman "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyinin mütəxəssisləri ilə məsləhətləşin.

 

bosswin168 login bosswin168 alternatif