GACOR77 CAIR77 ADMIN77 DP96 RUPIAH138 RECEH88 RECEH88 MANTUL138 MANTUL138 PASUKAN88 PASUKAN88 BOBO77 BAYAR77 BAYAR77 GARUDA69 RUPIAH138 GCR77 TANGO77 GACOR77 GACOR77 MODUS99 LORD88 GOCAP123 GACOR96 ODIN77 PARGOY88 PARGOY88 MAXWIN138 MAXWIN138 MAXWIN138 POLASLOT138 EPICWIN138 DISKO69 NGASO77 WIBU69 BESTI69 DINO69 BOSSWIN168 BOSSWIN168 RECEH69 MEWAHBET MEWAH99 FOYA88 SAWER138 PUAS69 MIDAS77 MIDAS77 SIP69 SIP69 MODUS99 MODUS99 GCR77 MASTER38 MABAR69 LOTUS138 LOTUS138 COCOL88 BARON69 DINASTI168 ZONA69 NOBAR69 RONIN86 STARLING69 DAGET77 DAGET77 ADMIN77 GARUDA69

Verifikasiya

Ştrixli kodun verifikasiyası - ştrixkod simvolunun göstəricilərinin ölçülməsi üzrə texniki proseduradır. Bu prosedura zamanı göstəricilərin simvola qoyulan tələblərə uyğun olub olmadığı müəyyən edilir.
Bu gün, avtomatik identifikasiya sisteminin istifadəçiləri üçün ştrixkodların keyfiyyətli çap edilməsi daha zəruridir, çünki bir çox şirkətlər oxunmayan və yaxud aşağı keyfiyyətli ştrixkodu olan məhsulların təchizatına görə hətta cərimə sanksiyaları tərtib edir.
Əmtəə istehsalçısının yapışdırdığı etiketlərdəki şifrələnmiş informasiya bu əmtəənin daxil olduğu digər yerlərdə də alınmalı və oxunmalıdır; həmçinin bütün dünya üzrə ticarət partnyorları tərəfindən oxunmalıdır.

EAN/UCC Beynəlxalq Əmtəə Nömrələnməsi sisteminin ştrixli kodlarının simvolikasına və xətti simvollarının çap keyfiyyətinin sınaqdan keçirilməsinə qarşı qoyulan tələblər, AZS  260-2007 (15426-1-2002) standartları ilə müəyyən edilib.

Əgər Sizin məhsulunuzun qablaşmasının üzərindəki ştrixkodların çap keyfiyyətini yoxlamaq lazımdırsa, İctimia Birliyinə müraciət edə bilərsiniz. Bunun üçün etiketlərin 2 ədəd nümunəsini Sifarişə əlavə edib bizə təqdim etmək lazımdır. Nəticədə, ştrixkodun çap keyfiyyətinin verifikasiyası (yoxlanılması) haqqında Protokolu ala bilərsiniz.

Keyfiyyət zəmanəti kimi ştrixkod simvolunun sınaqdan keçirilməsi (verifikasiyası) çıxış edir. 
Bunun üçün biz standartların tələbinə tam uyğun olaraq, ştrixkodların keyfiyyətinin qiymətləndirilməsini yüksək səviyyədə həyata keçirə bilən, xüsusi bir cihazdan - verifikatordan istifadə edirik. 

Daha təfərrüatlı hesabatlarda verifikatorlar çap səhvlərinin növünü və ciddilik dərəcəsini də qeyd edir.

Verifikatorlar Avtomatik identifikasiya vasitələrinin istehsalçıları (AIM Automatic Identification Manufactures) Assosiasiyası tərəfindən təsdiq edilmiş mövcud beynəlxalq standartlara uyğun olaraq, ştrixli kod simvolunun qiymətləndirilməsinə proqramlaşdırılıb.