Bu ilin aprel ayında “Barcode Made in Azerbaijan” mobil həlli işə verildi. Mobil həll məhsul
haqqında məlumat və GS1 sisteminin istifadəçisi olan yerli istehsalçının kontakt məlumatına
giriş verən servisdir. Bu, ştrixkod verilən məhsul haqqında İctimai Birliyin məlumat bazasında
olan məlumatdır.Məlumat bazası İctimai Birliyin serverində yerləşdirilib və “Barcode Made in Azerbaijan”
mobil həllin sayəsində 70 mindən artıq məhsul, min beş yüzdən artıq istehsalçı haqqında məlumatı
əldə etməyə imkan verir.İstifadəçilərin rəyinə görə Mobil həllin istifadəsi istehlakçılara alınan
məhsulun orijinallığını təsdiq etməsində daha çox əminlik verir. Son 8 ay ərzində
“Barcode Made in Azerbaijan” Mob. App-in buraxılışından sonra bu mobil həldən təqribən
10 000 nəfər istifadə edib.