Bu il dekabr ayının 8-də GS1 Azerbaijan Cəmiyyətinin ofisində GS1 sistemin yeni istifadəçiləri
üçün ştrixkodların tətbiqi ilə bağlı növbəti təqdimat keçirilmişdir.Son üç ayda öz məhsullarını
ştrixkodla markalayan yerli istehsalçıların sayı 60-a çatıb.GS1 Azerbaijan Cəmiyyətinin
ofisində cari ilin noyabr-dekabr aylarında yeni yaradılmış ailə biznesini dəstəkləyən "ABAD"
strukturunun əməkdaşlarıyla görüşlər keçirilib, RFID sahəsində ixtisaslaşdırılan türkiyənin
“Teknopalas” və Latviyanın “İNTA” şirkətləri ilə danışıqlar aparılmışdır.