Cari ilin 14 noyabr tarixində İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin icraçı
direktoru Vüsal Haşımlı və GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev arasında
görüş keçirildi. Müzakirənin əsas mövzusu birgə fəaliyyətin ümumi sahələrini təyin edilməsi idi.
Bu sahələrə "Made in Azerbaijan " brendinin təşvigi və yerli istehsalçılara yardım göstərmək üçün
xidmətlərin yaradılması sualları aid edilmişdir.Həmçinin Respublikanın ticarət şəbəkələrinin
avtomatlaşdırılmış sistemlərində yerli malların ştrixkod məlumat bazasından istifadə məsələsi
müzakirə edilmişdi.