SSCC-18 nəqliyyat bağlamanın seriyalı kodu

SSCC nədir?
Nəqliyyat qablaşdırmasının SSCC seriya kodu – içində mal olan böyük qutular, palletlər və ya treylerlər haqqında xüsusi məlumatın identifikasiyası üçün özünəməxsus “nömrə nişanı”dır. SSCC malların bir ticarət partnyorundan digərinə tez və effektiv sürətdə hərəkət etdirilməsinə kömək edir.

SSCC – logistik vahidin hərəkətinin və olduğu yerin müəyyən edilməsi zamanı elektron məlumat mübadiləsinin vacib elementidir. Logistik vahid dedikdə, “daşınma və/və ya saxlanma üçün nəzərdə tutulan, daşıma silsiləsi üzrə hərəkəti istiqamətləndirilməli və nəzarət edilməli olan istənilən tərkib vahidi (qutular, böyük qutular, palletlər...) başa düşülür. 

 SSCC əsas üstünlükləri

  • Logistik vahidləri bütün dünya üzrə unikal olan nömrə ilə müəyyən edir.
  • Logistic vahidin üzərindəki ştrixli kodda kodlaşdırılmış məlumatı partnyorların elektron biznes-məlumatların köməyi ilə mübadilə etdiyi məlumatla əlaqələndirir.
  • Qlobal GS1 sistemində işgüzar ünsiyyətin vahid: standartlaşdırılmış, aydın və bir çox sahələrdə istifadə olunan dili kimi istifadə edilir.
  • Təchizat zəncirinin əvvəlindən axırına kimi istifadə olunur: xammal təchizatçısından istehsalçıya, daha sonra distributora/topdan satıcıya və sonra son istifadəçiyə qədər.
  • Həm daxili, həm də xarici (şirkətlər arasında) tranzaksiyalarda istifadə olunur. 

SSCC nə üçün istifadə olunur?

SSCC “Yüklənmə haqqında bildiriş” (DESADV) kimi elektron müraciətlərdə istifadə olunur. Nömrələrin və elektron biznes-tranzaksiyaların birgə istifadəsi zamanı konkret qutuda, palletdə və yük maşınında olan məhsullar haqqında məlumat SSCC ilə əlaqələndirilir, sonra isə qəbul edən tərəf SSCC-ni əks etdirən və logistik vahidlərin üzərinə vurulan ştrixli kodları skanerləşdirir, bu da ticarət predmetlərinin təchizat zənciri üzrə hərəkətini sürətləndirir.

SSCC nömrələri ilə markalanan logistik vahidlərdə həm eynicinsli ticarət predmetləri, həm də ən müxtəlif predmetlər ola bilər.  Bundan başqa, SSCC həm bir yük maşınının, həm də məhsulların bütöv bir ticarət axınının təchizat zənciri üzrə identifikasiyası və izlənilməsi üçün istifadə oluna bilər.   

Tərif 
SSCC – kompüter fayllarında saxlanılan və öz növbəsində biznes-məlumatların elektron mübadiləsi vasitəsilə ötürülən məlumata girişi təmin edən identifikatordur. SSCC nömrəsi – 18 rəqəmli nömrədir. Nömrənin unikallığı milli GS1 təşkilatı tərəfindən verilən GS1 şirkətinin Prefiksinin istifadəsi ilə təmin olunur.         

SSCC nömrəsinin strukturu 

İstifadə identifikatoru

Genişlənmə nömrəsi

Şirkətin prefiksi

Seriya istinad nömrəsi

Nəzarət rəqəmi

00

N1

N2N3N4N5N6N7N8N9N10

  N11N12 N13 N14 N15N16 N17

N18

 

İstifadə identifikatoru  (00) məlumatlardan sonra SSCC nömrəsinin olduğunu göstərir. 

Genişlənmə nömrəsi SSCC-də Seriya istinad nömrəsinin həcminin artırılması üçün istifadə olunur. O, SSCC nömrəsini verən şirkət tərəfindən verilir. Genişlənmə nömrəsi 0-dan 9-a qədər ola bilər. 

SSCC nömrəsi logistik etiketin köməyi ilə logistik vahidin üzərinə vurulur. Logistik vahidlərin markalanması üçün GS1 logistik etiketində GS1-128 kodunun və GS1 İstifadə identifikatorlarının simvolikaları istifadə edilir. Logistik etiket YALNIZ GS1-128 ştrixli kod simvolu şəklində bir SSCC nömrəsindən ibarət ola bilər. Logistik etiketin üzərində SSCC nömrəsinin olması SON DƏRƏCƏ VACİBDİR!

O, necə işləyir?

SSCC-nin elektron tranzaksiyalarla birgə istifadəsinə dair tipik nümunə aşağıda addımbaaddım təsvir olunub:

  1. Alıcı sifarişi təchizatçıya göndərir.
  2. Təchizatçı sifarişi yığmağa başlayır. Sifariş yığılan kimi, təchizatçı yazını hazırlayır, yazıda hansı məhsulların yığıldığı və konkret hansı qutularda və palletlərdə olduğu barədə məlumat olur. GTIN (Ticarət predmetinin qlobal nömrəsi) nömrələrinin köməyi ilə seçilən məhsullar identifikasiya edilir, həmçinin sifarişin yığılması prosesində sayılmalı olan miqdarı göstərilir.
  3. Qutu bağlandıqda təchizatçı hər bir belə qutuya/palletə SSCC nömrəsi verir.
  4. SSCC yükləmə etiketində GS1-128 ştrixli kodunun simvolu şəklində kodlaşdırılır və qutunun/palletin üzərinə vurulur.
  5. Təchizatçı “Yüklənmə haqqında bildiriş” (DESADV) kimi məlum olan elektron məktubu yaradır və alıcıya yaxud digər qəbul edən tərəfə göndərir. Məktubda alıcıya lazım olan, sifarişə uyğun hər bir qutuya/palletə  və sifarişə aid məlumatlar (GTIN nömrələrinin sayı, sifarişin nömrəsi və s.) olur. Elektron məktubun malın fiziki qəbuluna qədər alıcı tərəfindən vaxtında alınmasına görə məsuliyyət təchizatçının üzərinə düşür.
  6. Alıcı DESADV məlumatını alır və işləyir və məlumatı öz sistemində saxlayır.
  7. Alıcı DESADV məlumatını alan kimi onda olan məlumatı daşıyıcı şirkət tərəfindən daşımaların qrafikinin yaradılması; işlər planının/qrafikinin, təchizatın boşaldılması və işlənməsi üçün lazım olan heyətin və müvafiq avadanlığın istifadəsi planının/qrafikinin yaradılması üçün istifadə edə bilər.
  8. Təchizat təyinat yerinə çatdırılır.
  9. Qəbuledici qutunun/palletin üzərində olan SSCC kodunu skan edir. 
  10. Qəbuledicinin istifadə etdiyi PT həmin anda skanerləşdirilən SSCC nömrəyə müvafiq məlumatı tapır.
  11. SSCC nömrəsini axtarış açarı kimi istifadə etməklə, sistem konkret qutu/pallet üçün bütün mövcud məlumatı tapır.
  12. Alan indi qutunu/palleti açmadan və içindəkini əllə saymadan, onu işləyə bilər. Qeyd etmək lazımdır ki, bu proses yük göndərənin səliqəliliyinin təmin edilməsi üçün təchizatın kifayət qədər ilkin yoxlanılmasını nəzərdə tutur. Bu, məhsulun təyinat yerinə (konkret bölmə, topdan satıcı, son istehlakçı və s.) çatma vaxtı azaldığına görə xərclərin xeyli azalmasına gətirib çıxara bilər 
  13. İndi qutunu/palleti növbəti sifarişlər, paylaşdırma mərkəzlərinə və ya istehlakçıya göndərilmə üçün qəbul etmə/paylaşdırma zonasının hüdudlarında bilavasitə saxlama yerlərinə yaxın yerləşdirmək olar. 

 

Ştrixli kodun simvollarına dair nümunələr 

Kodlaşdırılmış SSCC nömrəsi ilə GS1-128ştrixli kodunun simvoluna dair nümunə 

(00)  – Özündən sonra SSCC nömrəsi ilə məlumatlar sahəsinin olduğunu göstərən İstifadə identifikatoru. 
1 – Genişlənmə rəqəmi
47600887 - GS1 şirkətinin prefiksi.
00000001 – Seriya istinad nömrəsi.
0- Nəzarət rəqəmi.

• GTIN nömrəsinin kodlaşdırılması üçün nömrədən əvvəl gələn İstifadə identifikatoru (01) tələb olunur.
• Palletdə olan ticarət predmetlərinin tərkibinin GTIN nömrəsinin kodlaşdırılması üçün nömrədən əvvəl gələn İstifadə identifikatoru (02) tələb olunur.
• Simvolikada məlumat sahələrinin birləşdirilməsi imkanı var (məsələn: GTIN nömrəsi + netto çəkisi kq-la(310)+miqdarı(37).

 

            • Məsələn: istehsal tarixi(11) + müddətin bitməsi tarixi (17)..

SSCC nömrəsinin palletə vurulmasına dair nümunə 

Hər bir palletin üzərinə SSCC nömrəsi ilə ən azı  bir ştrixli kod vurulmalıdır. Palletin üzərinə qonşu şaquli tərəflərinə  ştrixli kodla İKİ etiketin vurulması tövsiyə olunur. Bu, palletin yük maşınına yüklənməsi və ya anbarda stellaja yerləşdirilməsi zamanı yerdəyişmə və döndərmələr zamanı xüsusilə kömək edəcək.

• Etiket palletin yanaşı tərəflərində yerləşdirilməlidir.
• Palletin kənarına və altına qədər məsafələr müvafiq olaraq:

1 – minimum 50 mm
2 – minimum 400 mm, maksimum 800 mm

Logistik etiketin nümunəsi aşağıda verilib. 

 

Vacibdir!

Yadda saxlayın ki, mağazada və anbara skan etmə şərtləri fərqlənir! Sizin avadanlığın EAN/UPC, ITF-14 və GS1-128 kodlarının simvolikasını oxuya bildiyinə əmin olun. 

bosswin168 login bosswin168 alternatif
mewah99 login mewah99 alternatif receh88 login receh88 alternatif sawer138 login sawer138 alternatif foya88 login foya88 alternatif mewahbet login mewahbet alternatif mantul138 login mantul138 alternatif mantul138 login mantul138 alternatif puas69 login puas69 alternatif bobo77 login bobo77 alternatif