Seminar 12.12.2022-ci il tarixdə "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyinin ofisində baş tutmuşdur. “Shirvan Poultry Company” MMC, “Grand Mart” MMC, “Brand Lux” MMC, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və s. kimi müxtəlif istehsal sahələrdən olan sahibkarların, həmçinin Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət şöbəsinin aparıcı mütəxəssisi Azad Məmmədovun iştirakı ilə təşkil olunan seminar İctimai Birliyin baş direktoru Vəfa Əliyev çıxışı ilə başlamışdır. İştirakçıların tanışlıq mərhələsindən sonra onlara GS1 sistemi, ştrixkodlar və onlardan düzgün istifadə, ştrixkodların iqtisadiyyatda, logistikada və gündəlik həyatdakı rolu, gələcək perspektivləri haqqında ətraflı məlumat verilmişdir. Həmçinin GS1 standartlarından istifadəyə dair dünya təcrübəsi və ölkəmizin bu standartlara uyğunlaşdırılması üçün atılmalı addımlar müzakirə edilmişdir.
Seminarın sonunda iştirakçıların GS1 sistemdə qeydiyyatdan keçdiyini təsdiqləyən Şəhadətnamələri təqdim edilmişdir.