23.04.2024 tarixli seminar prezentasiya haqqında

23.04.2024- cü il tarixində “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi tərəfindən yeni üzv- istifadəçiləri ilə Birliyin ofisində növbəti seminar - prezentasiya həyata keçirilmişdir. Seminar-prezentasiyada yeyinti məhsulların, alkoqollu və alkoqolsuz içkilərin, kənd təsərrüfatı məhsulların və s. kimi müxtəlif sahələrin istehsalı ilə məşğul olan Az Forel MMC, Sun Pac MMC, İLTURAZ MMC, AZNEFTEMAŞ ASC, VONDERFUL MMC, Smart Universal Group MMC, Oğuz mineral Sular MMC, Krol №1 MMC kimi yerli müəssisələrin nümayəndələri iştirak etmişdir. 
Seminar - prezentasiya Birliyin İdarə Heyətinin Sədri V.Əliyevin çıxışı və seminar – prezentasiya iştirakçıları ilə tanışlıqla başlamışdır. 
Əmtəə Nömrələmə Depozitariyası müdiri Gülanə Rəsulova GS1 sistemi haqqında ümumi məlumat verərək ştrixkodların gündəlik həyatda, xüsusilə iqtisadiyyatda və ixracatda rolu, o cümlədən GS1 beynəlxalq təşkilatının standartlarının əsas tələbləri haqqında - GTIN-lərin paylanması qaydaları, onların tərtib edilməsinə dair tələblər, qablaşdırmada tətbiqi, standart ölçüləri haqqında məlumatlar vermişdir. Seminar - prezentasiyada milyonlarla GTIN haqqında məlumatları özündə cəmləşdirən Verified by GS1 beynəlxalq axtarış sisteminin imkanlarından danışılmışdır. 
İştirakçılara mobil telefonlardan istifadə etməklə yerli və xarici mallar və onların istehsalçıları haqqında məlumat əldə etməyə imkan verən “GS1 Azerbaijan” mobil tətbiqi haqqında məlumatlar məlumat bazasının idarə edilməsi üzrə mütəxəssis Əsgərova Aysel tərəfindən verilmişdir. 
Seminar – prezentasiya iştirakçılar tərəfindən maraqla qarşılanmış, yaranmış bir sıra suallar cavablandırılmışdır.  
Sonda isə İdarə Heyətinin Sədri Vəfa Əliyev tərəfindən yeni üzv-istifadəçilərə GS1 Beynəlxalq Sistemində qeydiyyatdan keçdiklərini təsdiq edən sənəd - Şəhadətnamə təqdim edilmişdir.

 

bosswin168 login bosswin168 alternatif