Azərbaycanda standartlaşdırılmış məhsul kataloqunun yaradılması məsələsi müzakirə olunur

30 oktyabr 2024-cü il tarixində GS1 Azerbaijan İctimai Birliyinin ofisində GS1 sisteminin identifikatorlarından istifadə edilməklə Azərbaycan ərazisində satışda olan məhsulların standartlaşdırılmış kataloqunun yaradılması məsələsi müzakirə olunmuşdur. 
GLN (Qlobal Yerləşmə Nömrəsi) və GTIN (Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi) kimi identifikatorlar ticarət subyektlərinin məhsul məlumatlarının düzgün və dolğun şəkildə sistemləşdirməsinə imkan yaradır. Kataloqun mövcudluğu ticarət şəbəkələrində məhsulların uçot sistemlərinə əl ilə çoxsaylı məlumat daxiletmə ehtiyacını aradan qaldıracaq, səhvləri minimuma endirəcək, məlumatların vahidliyini və təchizat zənciri boyunca məhsulların dəqiq identifikasiyasını təmin edəcək. Belə bir kataloqun yaradılmasının əsas şərtlərindən biri gömrük bəyannamələrində, kassa çeklərində GLN və GTIN identifikatorlarının qeyd olunmasına tələbin olmasıdır. Müzakirə iştirakçıları bu məsələnin uğurlu həlli üçün hazırda Azərbaycanda müsbət şəraitin yaradıldığını vurğulayıblar. Xüsusilə, GTIN atributu artıq gömrük bəyannamələrində, elektron hesab-fakturalarda və bir sıra ticarət şəbəkələrinin kassa qəbzlərində mövcuddur. Lakin hazırda bu atribut tədarükçülər üçün məcburi deyil. Müzakirələrin yekununda bu işin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.
Standartlaşdırılmış məhsul kataloqunun yaradılması məsələsinin müzakirəsində GS1 Azerbaijan İctimai Birliyinin İdarə Heyətinin sədri Vəfa Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin baş inspektoru Rəşad Salmanov, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Samir Məmmədov və həmin Mərkəzin strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova iştirak etmişdir.

 

bosswin168 login bosswin168 alternatif
mewah99 login mewah99 alternatif receh88 login receh88 alternatif sawer138 login sawer138 alternatif foya88 login foya88 alternatif mewahbet login mewahbet alternatif mantul138 login mantul138 alternatif mantul138 login mantul138 alternatif puas69 login puas69 alternatif bobo77 login bobo77 alternatif