"GS1 Azerbaijan AZE Barkode" mobil tətbiqi

“Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi «GS1 Azerbaijan AZE Barkode» mobil tətbiqinin yenilənmiş versiyasını təqdim edib. Bu tətbiqin yeni funksiyaları mobil telefondan istifadə edərək, GS1 sisteminin beynəlxalq ştrixkodları ilə markalanmış 1 milyarddan çox məhsul və bu məhsulların dünya üzrə 2 milyondan artıq istehsal şirkətləri, onların yeri və əlaqə vasitələri haqqında məlumatlar əldə etməyə imkan yaradır.

«GS1 Azerbaijan AZE Barkode» mobil tətbiqini Google Play və ya App Store-dan yükləmək olar. Bu proqram təkcə Azərbaycanda istehsal olunan istehlak məhsulları üçün ştrixli kodlar bazasından deyil, həmçinin GS1 Registry Platformasında yerləşən Verified by GS1 qlobal axtarış sisteminin məlumat bazasından istifadə etməyə imkan verir. 

GS1 Registry Platformasının imkanları böyükdür. Bu platformaya milli GS1 təşkilatlarının üzvü olan bütün hüquqi şəxslər və fərdi sahibkarlar haqqında məlumatlar inteqrasiya edilir. Beləliklə, mobil tətbiqdən istifadə etməklə, siz məhsulun istehsalçısı, distribyutoru, qablaşdırıcısı (Find company), istehsal yeri (Verify location), habelə nəqliyyat qablaşdırması bağlaması (Verify SSCC) haqqında məlumat əldə edə bilərsiniz.

Mobil tətbiqdən necə istifadə etmək lazımdır? 
Mağazada məhsul alarkən, alıcı etiketdə və ya qablaşdırmada çap olunmuş məlumatların düzgünlüyünün təsdiqlənməsində maraqlıdır. «GS1 Azerbaijan AZE Barkode» mobil tətbiqini işə salıb, etiketin üzərindəki ştrixkodu telefonun kamerası ilə oxumaqla və ya ştrixkodun nömrələrini əl ilə daxil etməklə, alıcı məhsul və onun istehsalçısı haqqında məlumat əldə edəcək. 

Smartfondakı məlumat məhsulun etiketindəki məlumatdan fərqlidirsə və ya tamamilə yoxdursa, ekranda "Əmtəə GS1 Azərbaycan məlumat bazasında tapılmayıb/There is no matching item in GS1 Azerbaijan database" mesajı görünür. Bu isə, öz növbəsində, məhsulu satın almadan əvvəl bir xəbərdarlıq ola bilər.

Tətbiqdə "Məlumatı göndərin/Paylaş" (Send info/Share) funksiyaları var ki, bu da məhsul və istehsalçı haqqında məlumatları lazım olan e-poçt ünvanına və ya WhatsApp telefon nömrəsinə göndərməklə, paylaşmağa imkan verir.
 
Tətbiq 2 dildə mövcuddur: Azərbaycan və İngilis. 

Mobil tətbiqin üstünlükləri nələrdir?
• İstehlakçılar məhsulun qablaşdırmasında qeyd olunan məlumatdan daha ətraflı məlumat tapa bilər.
• Pərakəndə satış şəbəkələrinin alıcıları yeni məhsulla işə başladıqda, məhsul və ştrixkodun qanuniliyi haqqında düzgün məlumat ala bilərlər. 
• Həll təminatçıları bu və ya digər ştrixkod nömrəsinin kimə məxsus olduğuna dair təsdiq əldə edə bilərlər.
• Mağaza rəflərində hələ də saxta məhsullar tapıldığı üçün ştrixkodun və onun istehsalçısının qanuniliyini yoxlamaq, brendlərə yerli bazarda satış zamanı rəqabət qabiliyyətini artırmağa kömək edə bilər.
• Qeyri-qanuni məhsulların müəyyən edilməsini asanlaşdırmaq məqsədilə dövlət nəzarəti orqanları GS1 məlumat bazasından təchizatçı məlumatlarını təqdim edilmiş təchizatçı sənədləri ilə yoxlaya və müqayisə edə bilər.

          

bosswin168 login bosswin168 alternatif