Cari ilin oktyabr ayında GS1 Azerbaijan Cəmiyyətinin əməkdaşları GS1 standartlarının istifadəsi
məsələlərinə həsr olunmuş bir sıra səyyar görüşlər, prezentasiyalar və konsultasiyalar keçiriblər.
Görüşlər Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti müəssisəsində, Azərbaycan Milli İncəsənət
Muzeyində , “Modern Hospital” diaqnostika və müalicə mərkəzində keçirilmişdir. Bu ilin oktyabrın 25-də
GS1 Azerbaijan Cəmiyyətinin ofisində GS1 sisteminin yeni istifadəçiləri üçün təlimatlandırıcı
prezentasiya keçirilib.