GACOR77 CAIR77 ADMIN77 DP96 RUPIAH138 RECEH88 RECEH88 MANTUL138 MANTUL138 PASUKAN88 PASUKAN88 BOBO77 BAYAR77 BAYAR77 GARUDA69 RUPIAH138 GCR77 TANGO77 GACOR77 GACOR77 MODUS99 LORD88 GOCAP123 GACOR96 ODIN77 PARGOY88 PARGOY88 MAXWIN138 MAXWIN138 MAXWIN138 POLASLOT138 EPICWIN138 DISKO69 NGASO77 WIBU69 BESTI69 DINO69 BOSSWIN168 BOSSWIN168 RECEH69 MEWAHBET MEWAH99 FOYA88 SAWER138 PUAS69 MIDAS77 MIDAS77 SIP69 SIP69 MODUS99 MODUS99 GCR77 MASTER38 MABAR69 LOTUS138 LOTUS138 COCOL88 BARON69 DINASTI168 ZONA69 NOBAR69 RONIN86 STARLING69 DAGET77 DAGET77 ADMIN77 GARUDA69

Məlumat bazaları

  • Məlumatların Qlobal Sinxronlaşdırılması Şəbəkəsi 
    (GDSN) 

Məlumatların Qlobal Sinxronlaşdırılması Şəbəkəsi - GDSN (Global Data Synchronisation Network) - avtomatlaşdırılmış və standartlara əsaslanan qlobal şəbəkədir. Bu şəbəkə, tərəfdaşlara real vaxt rejimində məhsul barədə ardıcıl məlumatı əldə etməyə imkan yaradaraq, məlumatların təhlükəsiz və davamlı sinxronlaşdırılmasını həyata keçirir.

Yerli və dünya bazarlarında effektiv işgüzar sazişlər üçün standartlaşdırılmış və etibarlı məlumatların olması ticarət proseslərinə sərf edilən xərcləri əhəmiyyətli dərəcədə azaldır.

Ticarət əlaqələrində, ilk növbədə, KİM olduğunuzu, HARADA yerləşdiyinizi, NƏ satdığınızı və hansı bazarda satdığınızı müəyyən etmək lazımdır. Bu sualları cavablandırmaq üçün, GS1 (EAN*UCC) sistemində Qlobal Yerləşmə Nömrəsi (GLN) və Əmtəə Vahidinin Qlobal Nömrəsi (GTIN) tipli əsas identifikatorlar tərtib edilib. 
Bir halda ki, özü-özlüyündə identifikatorlar kifayət qədər məlumatı təmin edə bilmirlər, onlar, məsələn, malın təsviri, yaxud ticarət tərəfdaşlarının yerləşməsi, qiymət, ölçülər, bağlama, ünvan və s. kimi əlavə atributlarla tamamlanır.

Ticarət ortaqları arasında münasibətləri təmin edən standartlaşdırılmış atributlar əsas məlumatlar (bir çox əmtəələr üçün ümumi olan, misal üçün GTIN nömrəsi) və ya əməliyyat məlumatları (müəyyən ticarət tərəfdaşı üçün səciyyəvi olan, misal üçün, sifarişdə qeyd olunan miqdar) adlanır.  Məlumatların Qlobal Sinxronlaşdılrılması Şəbəkəsində (GDSN) əhəmiyyətli rol oynayan belə atributlardan biri də, konkret əmtəənin hansı növ məhsullara və hansı qrup əmtəələrə aid olduğunu qeyd edən Əmtəənin Qlobal Təsnifat kodudur (GPC). GDSN şəbəkəsində hər bir GTIN nömrəsi GPC kodunun köməyi ilə təsnif edilməlidir.

Bundan əlavə, bütün atributlar üçün tam informasiya (tərif, format və s.) Qlobal Məlumatlar Lüğəti (Global Data Dictionary, GDD) adlanan mərkəzdə saxlanılır. Bununla, bu atributlardan GS1 sisteminin tərtib etdiyi bütün elektron biznes standartlarında (EAN*UCC) uzlaşdırılmış tətbiqi təmin edilir.

Məlumatların Qlobal Sinxronlaşdırılması Şəbəkəsinin (GDSN) konsepsiyası, təchizat zəncirində əməliyyatların sürətləndirilməsi və xərclərin azadılması məqsədilə, GCI təşkilatı, GS1 Assosiasiyası (əvvəllər EAN International) və Vahid Kod Şurasının (UCC) iştirakı ilə tərtib edilmişdir. GDSN şəbəkəsi - kataloqların (yaxud məlumat kataloqlarının) GS1 Qlobal Registri ilə qarşılıqlı əlaqəsinin həyata keçirilməsi üçün yaradılan və internet-texnologiyalarına əsaslanan bir şəbəkədir. Bu şəbəkə bütün dünya ölkələrindən olan şirkətlərə imkan verir ki, ticarət tərəfdaşları ilə təchizat zənciri üzrə standartlaşdırılmış və sinxronlaşdırılmış məlumatların mübadiləsini həyata keçirsinlər.
GDSN şəbəkəsi ticarət tərəfdaşlarının mübadilə etdiyi məlumatların dəqiqliyinə və universal standartlara tam uyğun olmasına zəmanət verir.

GDSN şəbəkəsi ticarət tərəfdaşlarından (təchizatçı və pərakəndə satıcılar), kataloqlardan (ticarət tərəfdaşlarının məlumatlarının saxlanılması və işlənilməsi üzrə xidmətləri təklif edən kataloqlardan) və GS1 Qlobal Registrindən (GDSN cəmiyyətinə məlumat mənbələrini lokallaşdırmağa və ticarət tərəfdaşları arasındakı, məlumatların sinxronlaşdırılmasını təmin etməyə imkan verən qlobal direktoriyadan) ibarətdir.

GDSN-in əsas üstünlüyü ondan ibarətdir ki, hər bir ticarət tərəfdaşı GDSN şəbəkəsinə bir giriş nöqtəsinə malikdir və sertifikatlaşdırılmış kataloqu öz tələbatına görə istifadə edir. Bu üstünlük, eyni və ya fərqli coğrafi yerləşməsi olan çoxsaylı kataloqlara yazılma xərclərini aradan qaldırmağa imkan verir. Ona görə də, ticarət tərəfdaşlarının GS1-in Qlobal Registrinə çıxışı yalnız sertifikatlaşdırılmış kataloq vasitəsilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, ticarət tərəfdaşları öz şəxsi sertifikatlaşdırılmış kataloqlarından istifadə edə bilərlər.

Qlobal Registrin (Global Registry) və Məlumatların Qlobal Sinxronlaşdırması Şəbəkəsinin (GDSN) inkişafı məqsədilə məlumat bazaları (Data Pools) arasında GS1 təşkilatı çərçivəsində GS1 GDSN Inc. müəssisəsi yaradılmışdır.
Azərbaycan müəssisələri bu layihədə GS1 Azərbaycan cəmiyyətinin vasitəsi ilə iştirak edə bilərlər (məhsulları barədə məlumatı çap etdirə və ya müəyyən məlumat bazasından ən son informasiyanın əldə edilməsinə yazıla bilər).

Daha ətraflı məlumatı www.gs1.org/gdsn/ saytından əldə edə bilərsiniz.