GS1 Azerbaijan tərəfindən bir müddətdir planlaşdırılan təlim kurslarının proqramının hazırlanması və təşkili uğurla yekunlaşdırılıb. Artıq ilk “tələbə” təlim kursunu müvəffəqiyyətlə başa vurub.
“Scandens Pharmaceutical Industry Ltd.” şirkətinin məsul işçisi “GS1 sistemi və 2D kodlar” mövzusunda keçirilən 3 günlük təlimdə iştirak edib.
Təlim proqramı çərçivəsində aşağıdakı mövzular əhatə olunub:
- GS1 Standartları – Biznesin qlobal dili
- 1D-dən 2D-yə keçid və 2D kodların əczaçılıq sahəsində üstünlükləri
- Əczaçılıq üçün əsas standartlar
- GS1 DataMatrix: kodun strukturu və istifadə identifikatorları (AI)
- Dərman vasitələri üçün məcburi sahələr
- Tipik səhvlər və onların qarşısının alınması
- GS1 Digital Link və digər aktual mövzular
Təlim zamanı maarifləndirici videolar təqdim olunub, eləcə də ştrixkodların tərtibi, printerdə çapı və proqram vasitəsilə işlənməsi əyani şəkildə nümayiş etdirilib.
GS1 Azerbaijan təlim proqramının əldə edilmiş nəticələri və sınaqlarına əsasən, GS1 Azerbaijan bu sahəni genişləndirməyi və ölkədəki digər əczaçılıq şirkətlərinin mütəxəssisləri üçün təlim keçirmək üçün razılıq əldə etməyi planlaşdırır.