31 oktyabr 2025-ci il tarixində GS1 Azerbaijan ofisində qrup və logistik qablaşdırmada GS1 identifikatorlarının istifadəsi üzrə təlim seminarı keçirilmişdir. İştirakçılar logistik etiket tərtibatına dair tələblər, GS1-128 və ITF-14 ştrixkodlarının strukturu, tədarük zəncirində məhsulların identifikasiyası və izlənilməsi üçün istifadə olunan SSCC kodlarının yaradılması prinsipləri ilə tanış olublar.
Seminarda xüsusilə qrup qablaşdırmasının etiketlənməsi üçün istifadə edilən ITF-14 kodunun strukturuna xüsusi diqqət yetirilib. Seminarın praktiki hissəsində iştirakçılara xüsusi printerdə qrup etiketlərinin yaradılması və çapı prosesi nümayiş etdirilib və GS1 standartlarının tələblərinə uyğun hazırlanmış qrup qablaşdırma nümunələri təqdim olunub.
GS1 Azerbaijan İctimai Birliyi üzvlərin GS1 standartlarından istifadə etməklə avtomatik identifikasiya sahəsində biliklərinin artırılmasına yönəlmiş bu kimi təlim tədbirlərinin keçirilməsini davam etdirməyi planlaşdırır.
 