GS1 Azerbaijan üzvləri, GS1 sisteminin üzvlüyünü və dolayısıyla onlara ayrılan İstifadəçinin Qlobal Prefiks(lər)ini GS1 Azerbaijan-ın razılığı olduğu halda başqa sahibkarın adına ötürə bilərlər. Üzvlüyün dəyişdirilməsini istəyən sahibkarlar, dəyişiklik istəklərini bildirən Ərizə və əlavə olaraq aşağıdakı sənədlərlə GS1 Azerbaijan-a müraciət edirlər:
Sənədlər:
Təhvil alan sahibkar GS1 sisteminin üzvüdürsə
- Təhvil verən ilə təhvil alan arasında hüquqi varisliyi təsdiq edən sənəd təqdim edilməlidir;
Təhvil alan sahibkar GS1 sisteminin üzvü deyilsə
- Təhvil verən sahibkarın GS1 sistemi tərəfindən ona ayrılan İstifadəçinin Qlobal Prefiks(lər)indən imtina edərək, üzvlüyünü təhvil alana ötürməsi barədə təsdiq edilmiş Ərizə
- Təhvil alan sahibkar:
- hüquqi şəxs olarsa: VÖEN, Dövlət Reyestrindən Çıxarış, Məhsula aid sertifikat
- fərdi sahibkar olarsa: VÖEN, Şəxsiyyət vəsiqəsi, Məhsula aid sertifikat - Təhvil alan sahibkar tərəfindən imzalanmış müqavilə, Ərizə və saziş
Vəfat Halında Üzvlüyün ötürülməsi
GS1 sistemi üzvünün vəfatı halında mirasçıları, GS1 Sistemi üzvlüyünü və dolayısıyla vəfat edən üzvə ayrılan İstifadəçinin Qlobal Prefiks(lər)ini, GS1 Azerbaijan-ın icazəsi ilə təhvil ala bilər. Mirasçılar, təhvil almaq istəklərini bildirən ərizə və əlavə olaraq aşağıdakı sənədlərlə bərabər GS1 Azerbaijan-a müraciət edirlər. Bu sənədlər:
- GS1 sisteminin üzvünün ölüm haqqında şəhadətnaməsi,
- Təhvil alacaq üzv tərəfindan imzalanmış müqavilə, Ərizə və saziş
GS1 Azerbaijan sistem üzvlüyünün mirasçılar xaricində başqa hüquqi şəxs və ya fərdi sahibkara ötürülməsi halında:
- Mirasçılar tərəfindən imzalanmış Ərizə,
- Təhvil alacaq üzv tərəfindan imzalanmış müqavilə, Ərizə və saziş
Sənədlərin aşağıdakı ünvana göndərilməsi və ya online qaydada müraciət edilməsi lazımdır.
Əlaqə ünvanı:
GS1 Azerbaijan
Bakı şəhəri, Səbail rayonu, Xaqani 90A
DİQQƏT: Təhvil verənin GS1 Azerbaijan-a üzvlük haqqı ilə bağlı borcu varsa, hüquqi varis olan təhvil alan tərəfindən ödənilməlidir.