“Azərbaycan istehlak bazarını qeyri-qanuni ştrixkodlardan azad edək” aksiyasının qalibi müəyyən olundu.

2024-cü ilin fevral-mart aylarında İctimai Birlik tərəfindən “Azərbaycan istehlak bazarını qeyri-qanuni ştrixkodlardan azad edək” aksiyası təşkil edilmişdir. Aksiyanın şərtlərinə əsasən iştirakçılar Azərbaycan istehsalçılarının 1000 fərqli çeşid məhsullarının GTIN-ni skan edərək Birliyin elektron ünvanına göndərməli idi. Aksiya istehlakçılar arasında böyük maraq doğurdu. GS1 Azerbaijan üzvlərindən olan istehsalçıların özləri də aksiyaya qatıldı. Aksiyanın şərtlərini uğurla tamamlayan ilk iştirakçı «Atış Yapı»  inşaat şirkətinin meneceri Cəfərova Nərminəxanım Hikmət qızı oldu. 09 aprel 2024 il tarixində İctimai Birliyinin ofisində Birliyin əməkdaşları N.Cəfərova ilə həmsöhbət oldu və o bildirdi ki, aksiya müddətində fərqli ticarət şəbəkələrinə gedərək yerli sahibkarların məhsullarını skan etmişdir. Birlik tərəfindən aksiyada aktiv iştirakına görə N.Cəfərovaya Təşəkkürnamə təqdim olunub və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

İctimai Birlik belə aksiyaları davam etdirməyi planlaşdırır.

  

bosswin168 login bosswin168 alternatif