GACOR77 CAIR77 ADMIN77 DP96 RUPIAH138 RECEH88 RECEH88 MANTUL138 MANTUL138 PASUKAN88 PASUKAN88 BOBO77 BAYAR77 BAYAR77 GARUDA69 RUPIAH138 GCR77 TANGO77 GACOR77 GACOR77 MODUS99 LORD88 GOCAP123 GACOR96 ODIN77 PARGOY88 PARGOY88 MAXWIN138 MAXWIN138 MAXWIN138 POLASLOT138 EPICWIN138 DISKO69 NGASO77 WIBU69 BESTI69 DINO69 BOSSWIN168 BOSSWIN168 RECEH69 MEWAHBET MEWAH99 FOYA88 SAWER138 PUAS69 MIDAS77 MIDAS77 SIP69 SIP69 MODUS99 MODUS99 GCR77 MASTER38 MABAR69 LOTUS138 LOTUS138 COCOL88 BARON69 DINASTI168 ZONA69 NOBAR69 RONIN86 STARLING69 DAGET77 DAGET77 ADMIN77 GARUDA69

GS1 İdentifikatorları Səhiyyə sahəsində

Prezident İlham Əliyev 14 iyul 2023-cü il tarixində “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 979-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununu imzalayıb. 
Bu Qanuna əsasən, Azərbaycana idxal olunan və ya istehsal olunan dərman vasitələri ilk növbədə dövlət qeydiyyatından keçməlidir. Müvafiq ekspertizadan sonra dərman vasitəsi dövlət reyestrinə daxil edilir və qeydiyyat şəhadətnaməsi alır. Və yalnız bundan sonra bu və ya digər dərman preparatlarının Azərbaycana idxalına və istifadəsinə icazə verilir. 
Bundan başqa, 2024-cü ilin yanvar ayından etibarən psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların təqib və izlənməsinə başlanmışdır. 
Bu tələbi yerinə yetirmək üçün Respublika Səhiyyə Nazirliyi GS1 sisteminin identifikatorlarından istifadə üzrə metodik təlimatlar hazırlayıb. 
Xüsusilə, bu sənəd izlənmə və nəzarət üçün əsas elementlərdən biri kimi GTIN-ni – Əmtəənin Qlobal İdentifikasiya Nömrəsini ehtiva edən ikiölçülü GS1 DataMatrix kodunun istifadəsini nəzərdə tutur.Bu səbəbdən cari ilin mart ayının əvvəlində “GS1 Azerbaijan” İctimai Birliyinin əməkdaşları ilə Respublika Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri arasında görüş keçirilib. Görüş zamanı dərman tədarükçüləri tərəfindən dövlət reyestrində qeydiyyata alınmaq üçün sənədlər təqdim edilərkən göstəriləcək GTIN nömrələrinin verifikasiyası ilə bağlı problemli məsələ müzakirə olunub. Hazırda “GS1 Azerbaijan” İctimai Birliyinin Əmtəə Nömrələmə Depozitariyasında 150 000-ə yaxın məhsulların unikal verifikasiya edilmiş GTIN nömrələri, eləcə də bu məhsulların istehsalçıları haqqında əlaqə məlumatları qeydiyyata alınıb. Bu məlumat bazasındakı ştrixkodların qanuniliyini “GS1 Azerbaijan” mobil tətbiqindən istifadə etməklə yoxlamaq mümkündür. Həmçinin, bu tətbiq dünya ölkələrindən on milyonlarla GTIN istehsalçısı ilə “Verified by GS1” beynəlxalq axtarış resursu ilə sinxronlaşdırılmışdır.
Danışıqlar nəticəsində Analitik Ekspertiza Mərkəzi ilə “GS1 Azerbaijan” İctimai Birliyi arasında bu qurumların məlumat bazaları arasında davamlı məlumat mübadiləsinə imkan verəcək Razılaşma bağlanıb.
Gələcək perspektivdə təqib və izlənmə məqsədləri üçün səhiyyədə digər GS1 identifikatorlarının, xüsusən də GLN - Qlobal Yerləşmə Nömrəsi kimi identifikatorun istifadəsini müzakirə etmək planlaşdırılır.