Elektron məlumat mübadiləsi

GS1 EDI

EDI -  ümumi təsəvvür

Məlumatların elektron mübadiləsi (EDI - ing. Electronic Data Interchange)  - bu işgüzar tərəfdaşlar arasında biznes məlumatların mübadiləsi üçün bir vasitədir. EDI-nin əsas vəzifəsi -  kağız daşıyıcılarda həyata keçirilən informasiya və sənəd mübadiləsinin kompüter şəbəkələri arasında standartlaşdırılmış elektron sənəd dövriyyəsi ilə əvəz edilməsidir.

Niyə EDI ilə daha yaxşıdır?

Tətbiq edilmənin səbəbləri:

  • Sənəd dövriyyəsi ilə bağlı xərcləri minimuma endirmək;
  • Pərakəndə satış şəbəkəsi və tədarükçülər arasında informasiya mübadiləsini daha rahat və reqlamentləşdirilmiş, etibarlı və təhlükəsiz etmək;
  • Tərəfdaşlar arasında sənədlərin daha sürətli və daha etibarlı şəkildə ötürülməsi yolu ilə tədarük zəncirinin səmərəliliyini artırmaq və sürətləndirmək;
  • Tədarükçülər və pərakəndə satış şəbəkəsi arasında bir çox qarşılıqlı prosesləri avtomatlaşdırmaq, əl əməyi və insan/saat sayını azaltmaq.

                
"Kağız" sənəd dövriyyəsinin çatışmazlıqları:

  • həmişə bütün ötürülən sənədlərin yenidən əl ilə daxil edilməsini tələb edir;
  • əl ilə daxil edilmənin səhvlərinə gətirib çıxarır;
  • yavaş və bahalıdır (yüksək əmək haqqı alan  personalın iş vaxtı);
  • əlavə xərclərə gətirib çıxarır;
  • tədarükçü ilə sifarişçi arasında fikir ayrılıqlarına gətirib çıxarır (gecikmələr, tədarükün pozulmaları, sifariş və tədarük arasında fərqlər və s.).

EDI ilə işləmək üçün zəruri tələblər

EDI-nin tətbiq edilməsi üçün ticarətin bütün iştirakçı - müəssisələrinin beynəlxalq identifikasiya nömrəsi – GLN-lərinin olması lazımdır, hər bir məhsul isə beynəlxalq EAN (GS1) sistemində qlobal GTIN nömrəsinə malik olmalıdır.

GLN (Global Location Number) - fiziki cəhətdən yerləşmə yeri və hüquqi şəxslərin, habelə onların struktur vahidlərinin – ofislərin/mağazaların/göndərilmə anbarlarının/paylayıcı mərkəzlərin və s. identifikasiyası üzrə qlobal tədarük zənciri üçün texnoloji həlli təmin edir.

GTIN (Global Trade Item Number, əvvəl EAN) – məhsulların markalanması və uçotunun beynəlxalq kodu (ştrixkod), məsələn, məhsul, qablaşdırma, orijinal pallet.

GLN-nömrəsinin və GTIN-kodlarının alınması üçün müəssisə «GS1 Azerbaijan» www.gs1az.org milli assosiasiyasının əlaqəli iştirakçısı olmalıdır.

EDI - məlumatların növləri və onların tətbiqinin üstünlükləri
WEB girişindən istifadə edən tədarükçülərlə iş sxemi
EDI-yə qoşulma variantları

Tam inteqrasiya - uçot sisteminin EDI-yə qoşulması

Mövcud uçot sisteminin elektron məlumat mübadiləsi texnologiyasına inteqrasiyası zamanı EDI-nin tətbiqindən maksimum səmərə əldə edilə bilər. Sənədlərin göndərilməsi/qəbul edilməsi bilavasitə uçot sistemindən/nə (US) həyata keçiriləcəkdir.

İnteqrasiyanın üstünlükləri:

- EDI ilə işləmək əməkdaşların əlavə olaraq öyrədilməsini tələb etmir;
- mövcud US-də bütün "sifariş-çatdırılma" zənciri boyunca sənəd dövriyyəsinə nəzarət;
- "sifariş-çatdırılma" prosesinin bütün zənciri boyunca əl ilə məlumatların daxil edilməsinin praktiki olaraq tam istisna edilməsi sənəd dövriyyəsində səhvlərin sayının istisna edilməsinə/azaldılmasına imkan verir;
- prosesin bütün zənciri boyunca sənədlərin işlənilməsi üçün vaxtın 80% azaldılması;
- iqtisadi cəhətdən faydanı - nümunədə görmək daha asandır (növbəti slaydda bax).

İnteqrasiya olunmuş tədarükçülərlə qarşılıqlı əlaqənin sxemi
EDI-nin tətbiq edilməsinin üstünlükləri

  • Tədarük haqqında dəqiq məlumatların (tədarük tarixi, tədarükün tərkibi və s.) əvvəlcədən bilinməsi və məlumatların əl ilə daxil edilməsinə ehtiyacın olmaması səbəbindən malların qəbulu, eləcə də malların mədaxil edilməsi üçün vaxtın azaldılması;
  • Hesablarda, sifarişlərdə və digər ilkin sənədlərdə səhvlərin düzəldilməsi üçün vaxt sərfiyyatının azaldılması;
  • Bütün mağazalar, filiallar, tərəfdaşlar, departamentlər, nümayəndəliklər və s. ilə elektron sənəd mübadiləsinin təşkil edilməsi imkan;
  • Satışlar/qalıqlar haqqında analitika və tədarükçülərlə məlumat mübadiləsi çeşidin optimallaşdırılmasına, tədarüklərin planlaşdırılmasına, istehsalın planlaşdırılmasına, eləcə də tədarükçüyə malların yerinin sərbəst şəkildə doldurulmasına nəzarət hüququnun verilməsi imkanı yaradır;
  • Elektron sənəd dövriyyəsinin (EDI) tətbiqi malların qəbulu prosesində və digər SCM proseslərində məlumatların toplanması (MTT) terminallarının tətbiqinin səmərəliliyini sadələşdirəcək və artıracaqdır;
  • Kontragentlərlə (tədarükçülərlə/müştərilərlə/dilerlərlə/distribyutorlarla) qarşılıqlı əlaqənin asanlaşdırılması;
  • Bütün sənədlərin və statusların arxivləşdirilməsi və 3 ilədək saxlanılması;
  • Ötürülən məlumatların məxfiliyini təmin edən məlumatların təhlükəsiz, etibarlı qaydada ötürülməsi üsulu.

GS1 EDI işgüzar tərəfdaşlar arasında müəyyən formatlarda məlumatların elektron mübadiləsində istifadə olunan qlobal standartları təmsil edir.

Klassik formada EDI (Electronic Data Interchange) tərəfdaşların informasiya sistemləri arasında tam avtomatlaşdırılmış qarşılıqlı əlaqəni nəzərdə tutur, burada hər bir tərəf məlumatların həm göndəricisi, həm də alıcısı kimi çıxış edə bilər. 

Əsas tətbiq sahələri: tərəfdaşlar - pərakəndə satış, istehsal, material təchizatçıları, anbarların idarə edilməsi, logistika xidmətləri və nəqliyyat, bank sahəsi və s.

EDI üç əsas standartlara əsaslanır:

Təchizat zəncirində məlumatların mübadiləsi üçün ən müasir GS1 formatı XML-dır. 

bosswin168 login bosswin168 alternatif
mewah99 login mewah99 alternatif receh88 login receh88 alternatif sawer138 login sawer138 alternatif foya88 login foya88 alternatif mewahbet login mewahbet alternatif mantul138 login mantul138 alternatif mantul138 login mantul138 alternatif puas69 login puas69 alternatif bobo77 login bobo77 alternatif