Verified by GS1 biznes tərəfdaşları və dövlət qurumları üçün unikal, etibarlı və yoxlanıla bilən məhsul, sahibkar və məkan məlumatlarını təqdim edir.
Biz, verilənlər bazasının biznesi idarə etdiyi bir dünyada yaşayırıq. Elektron ticarət saytları alıcılara milyonlarla məhsul təklif edirkən, real məkanda fəaliyyət göstərən mağazalar hər gün milyardlarla ştrixkod skan edir. Təəssüf ki, pərakəndə satıcılar və ticarət şəbəkələri satdıqları malları tək bir etibarlı məhsul məlumatı mənbəyindən istifadə edərək yoxlaya bilməzlər. İndi Verified by GS1 ilə siz "Bu mənim düşündüyüm məhsuldurmu?" sualına cavab verə bilərsiniz.
Dəqiq məhsul məlumatı Satınalma təcrübəsini genişləndirir İstehlakçı inamını artırır |
Dəqiq məkan məlumatı Təchizat zəncirinin şəffaflığını dəstəkləyir Təşkilatlar daxilində və kənar biznes tərəfdaşları ilə etimadı artırır |
Dəqiq sahibkar məlumatı |
Brend sahibləri üçün səmərəlilik • Sadələşdirilmiş məlumat mübadiləsi və bazara çıxışın daha sürətli təmini • Təkmilləşdirilmiş məlumat şəffaflığı və bazar tələbatının araşdırılması vasitəsilə brend bütövlüyünü yüksəldir |
Pərakəndə satıcılar üçün səmərəlilik • Məlumatların toplanması və təsdiqlənməsi vaxtını və xərcləri, GTIN-dən sui-istifadə riskinin azaldılması. • Daha sürətli siyahı və ümumi biznes prosesinin optimallaşdırılması |
İstehlakçı inamı • Daha etibarlı məhsul məlumatı və daha zəngin təcrübə • Daha çox məmnunluq və daha az geri qaytarılma |
Tez-tez verilən suallar:
GS1 nəyi yoxlayır?
Verified by GS1 üç əsas suala cavab vermək üçün istifadə edilən Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin (GTIN) qlobal reyestridir:
1. GTIN etibarlıdırmı;
2. GTIN-in lisenziyası hansı şirkətə verilmişdir;
3. GTIN üçün əsas atributlar toplusunun mövcudluğu.
• Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi (GTIN)
• Ticarət nişanı (Brend)
• Məhsulun təsviri
• Məhsul Şəkli
• GPC nömrəsi
• Net/Vahid həcmi
• Hədəf bazarı (satış ölkəsi)
Məhsulun unikal identifikatoru + 6 atribut = Davamlı məlumat mübadiləsi üçün sağlam təməl.
Verified by GS1 servisi brend sahiblərinə məhsulları haqqında əsas məlumatları paylaşmağa imkan verir və pərakəndə satıcılara və ticarət şəbəkələrinə satdıqları məhsulların həqiqiliyini yoxlamağa imkan verir.
Verified by GS1 istifadəçisi kimdir?
Verified by GS1 pərakəndə satıcılar, ticarət şəbəkələri və brend sahibləri tərəfindən istifadə olunur. Əslində, məhsulların satışı və ya alışı ilə məşğul olan hər-hansı təşkilatın (idxalçılar, topdansatışçılar, distribyutorlar, həll təminatçıları və dövlət qurumları daxil olmaqla) ya məhsulun GTIN-ni qeydiyyatdan keçirmək, ya da mövcud məhsulun ticarət nişanının (brendinin) təsdiq edilməsi üçün təməl ehtiyacı vardır.
Verified by GS1 hansı biznes problemlərini həll edir?
Verified by GS1 vasitəsilə GTIN-ləri və məhsul atribut məlumatlarını paylaşmaqla brend sahibləri pərakəndə satıcılara və ticarət şəbəkələrinə məhsul siyahılarında əsas atributları yoxlamaq üçün vahid yer təqdim edirlər. Verified by GS1 servisinin həll etdiyi ümumi unikal məhsul identifikasiyası problemlərindən bəziləri bunlardır:
• Fərqli Məhsul Çeşidləri Eyni GTIN-dən İstifadə edir: Bəzi brend sahibləri birdən çox məhsul çeşidi üçün eyni GTIN-dən istifadə edir, bu da məhsulu izləməyi demək olar ki, qeyri-mümkün edir. Məsələn, məhsulun birdən çox rəngi ola bilər, lakin onların hamısı eyni GTIN-ni paylaşarsa, bu, pərakəndə satıcılar, ticarət şəbəkələri və nəhayət (onlayn) müştəri ilə lazımsız təkrarlamaya və çaşqınlığa səbəb olacaq.
• Yenidən işlənmiş GTIN-lər: Bəzi brend sahibləri məhsulun hər iterasiyası üçün eyni GTIN-i təkrar istifadə edirlər. Məsələn, xüsusiyyətlər və funksionallıqlar tamamilə dəyişmiş olsa da, həm yeni, həm də köhnə məhsul çeşidlərində eyni GTIN-dən istifadə edilir
• GTIN-nin mülkiyyət hüququ olmadan istifadəsi: Bəzi brend sahibləri təsadüfən başqa şirkət tərəfindən lisenziyalaşdırılmış GTIN-lərdən istifadə edirlər.
• Birdən çox GTIN-ə malik eyni məhsul: Bunun səbəbi, brend sahiblərinin məhsullarının yeni GTIN-ə ehtiyac olmadığını bilməməsi və/və ya axtarışda görünməni və mövqeni yaxşılaşdırmaq üçün eyni məhsulu bir neçə dəfə qeydiyyatdan keçirməsi ilə bağlıdır.
Qlobal reyestrdə hər bir məhsul üçün Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin (GTIN) yoxlanılması brend sahiblərinin, məlumat alıcılarının və nəticə etibarilə istehlakçıların daha yaxşı məhsul məlumatına inamını artıra bilər.
Verified by GS1 - brend sahiblərinə və məlumat alıcılarına GS1 Registry Platformasında olan məlumatlara əsasən məhsulun həqiqiliyini yoxlamağa imkan verən qlobal məlumat keyfiyyəti həllidir.
Verified by GS1 Servisi tərəfindən saxlanılan məhsul məlumatları birbaşa istehsalçılar tərəfindən təmin edilir. Həm ticarət tərəfdaşları, həm də istehlakçılar tərəfindən bu məlumatlara etibar edilə bilər.
Verified by GS1 necə işləyir?
Verified by GS1 ilə hər-hansı GS1 üzvü üçün əsas brend qaynaqlı məhsul məlumatları əlçatan olur və istehlakçılarına etibarlı məlumat təqdim etmək üçün lazım olan təmələ sahib ola bilir. Doğru, dəqiq məhsul məlumatlarını əldə etmək problemsiz və daha səmərəli hala gəldikcə, ticarət ekosistemindəki bütün şirkətlər bundan faydalanacaqlar.
Brend sahibləri (məlumat təminatçıları) Verified by GS1 üçün əsas məhsul atributlarını hazırlayır və yükləyirlər:
Verified by GS1 üçün əhatə olunan 7 əsas məhsul atributları bunlardır: GTIN, brend adı, məhsul təsviri, məhsul şəklinin URL-i, GPC – məhsulun qlobal təsnifat kodu, xalis çəki və ölçü vahidi, satış ölkə(lər). 7 atribut haqqında ətraflı məlumat üçün buraya klikləyin.
Məhsul məlumatları tam (7 atributunun hamısı ilə birgə), dəqiq və portfeliniz üçün yükləməyə hazır olmalıdır.
Əhəmiyyətli olan odur ki, indiyə qədərki təcrübə göstərdi ki, bu, təşkilatınızdan təchizat zəncirindən kənarda geniş öhdəlik və məhsulun həyat dövrü ilə əlaqəli bütün funksiyaların iştirakını tələb etməyə başlayacaq.
GS1 Azerbaijan tərəfindən Sizə yaradılmış şəxsi kabinetinizdəki GTIN məlumatlarını ən etibarlı şəkildə GS1 Registry Platformasına yükləyirik.
Məlumat alıcıları (pərakəndə satıcılar, ticarət şəbəkələri, həll təminatçıları, məlumat hovuzları və s.) məlumatları əldə etməyə başlayır və məhsulların doğruluğunu təsdiqləyir
GS1-in bütün üzvləri qlobal GS1 Regitry Platformdan GTIN-lər barədə məlumat əldə etmək üçün Verified by GS1 axtarış sistemini istifadə edə bilər. Tək və ya toplu GTIN üzrə Platformda sorğu aparmaq mövcuddur.
Platformun imkanları genişdir. Bütün GS1 Milli Təşkilatları üzvləri – hüquqi şəxslər və ya fərdi sahibkarlar barədə məlumatları da bu platforma inteqrasiya edir. Beləliklə, Siz məhsulun istehsalçısı və ya distribyutor, yaxud qablaşdırıcısı (Find company), həmin sahibkarın istehsal məkanı (Verify location/party), həmçinin nəqliyyat bağlamaları haqqında (Verify other key) məlumatları əldə edə bilirsiniz.